SİZİN REKLAM BURADA!
055 213 76 73


Çində yaranan və dünyanın əksər ölkələrinə yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxanların sayı bir milyonu keçib.

BAKU.WS xəbər verir ki, koronavirusdan sağalanların sayı 213 min 73 nəfər təşkil edir. 

Birləşmiş Ştatlar koronavirusa yoluxma statistikasında ilk pillədə qərarlaşıb. Ölkədə COVID-19 virusuna yoluxanların sayı 245 min 341 nəfər təşkil edir. ABŞ-da koronavirus qurbanları isə 6 min nəfərdən çoxdur. 

Koronavirusdan dünyada ən böyük ölüm sayı İtaliyada qeydə alınıb. Belə ki, bu ölkədə qurbanların sayı 14 minə yaxınlaşır.

Ən çox sağalanlar da digər Avropa ölkəsi olan İspaniyada qeydə alınıb. Virusa yoluxmuş 26 mindən çox insan sağalmağı bacarıb. 

BAKU.WS