SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə koronovirusdan (COVID-19) ölüm sayı 214 nəfərə çatıb.

BAKU.WS Türkiyə Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, gün ərzində 46 koronaviruslu xəstə ölüb və son 24 saatda 15 422 şübhəli koronavirus testindən keçib, onlardan 2704-nün cavabı müsbət çıxıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 13 531-ə çatıb.

Bu infeksiyaya yoluxanlar arasında indiyədək 243 nəfər sağalıb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, əvvəlki günlə müqayisədə Türkiyədə koronavirus infeksiyasına yoluxanlarla bağlı aparılan analizlərin sayı 25,2 faiz artıb, test müayinələri aparan mərkəzlərin sayı isə 75-ə çatıb.

BAKU.WS