VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya ölkələrini qorxuya salan koronavirusla bağlı daha bir sirr ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, bu barədə Honkonq Universitetinin alimləri araşdırma aparıb.

Nəticələr göstərib ki, COVID-19 virusu uzun müddət 4 dərəcə selsidə aktiv olaraq qalır. Koronavirus dezinfeksiya vəziyyətində yalnız 14 gündən sonra təsirini azaltmağa başlayır.

Bundan əlavə, koronavirus yüksək temperatura dözə bilmir və 5 dəqiqə ərzində 70 dərəcəlik temperaturda təsirini itirir.

Virusun müxtəlif cisimlərin səthində nə qədər qala biləcəyini araşdıran alimlər belə qərara gəliblər ki, koronavirus kağız üzərində 3 saata qədər, geyimdə və işlənmiş ağacda 2 günə qədər, şüşə səthdə 4 günə qədər və plastik səthlərdə 1 həftəyə qədər qala bilir.

Koronavirusun tibbi maskaların səthində 7 günə qədər qala biləcəyini təyin edən alimlər maskaların dezinfeksiya edilməsini məsləhət görüblər.

BAKU.WS