VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada "Evdə qal" çağırışı ilə hər kəsin evində oturduğu bu dövrdə internetə böyük tələbat var.

BAKU.WS xəbər verir ki, məşhur mesajlaşma tətbiqi "WhatsApp" internet istifadəsinin artması səbəbi ilə yeni qərar qəbul edib.

"WhatsApp" serverlərdə yaşanan sıxlığı azaltmaq üçün statusda yerləşdirilən videoların müddətini azaldıb. Belə ki, artıq status üçün 15 saniyədən uzun olan video yükləmək mümkün olmayacaq.

Qeyd edək ki, bu qadağaya qədər "WhatsApp"da statusa yüklənən videoların müddəti 30 saniyə idi.

BAKU.WS