SİZİN REKLAM BURADA!
055 213 76 73


  

"İşte benim stilim” yarışmasının azərbaycanlı iştirakçısı Sima Şərafətdinova yarışmadan qalmaqallı şəkildə ayrılma səbəblərini ilk dəfə ATV kanalına müsahibəsində açıqlayıb.
 
BAKU.WS-in məlumatına görə, Sima yarışmada kadr arxası hadisələrdən danışıb: "Zeynəb adlı iştirakçı mənim başıma ayaqqabı vurdu, münsiflər isə onun tərəfini tutdu. Onların arasında qalmaq istəmədim, mənə qarşı çox haqsızlıqlar etdilər. Müsabiqədə mənə hazırlaşmağa imkan vermirdilər. Zeynəb mənim qarderobumu da dağıtmışdı. Bunları Nur Yerlitaş da gördü. Mən, əlbəttə borclu qalmadım və Zeynəbi təhqir etdim. O daha sonra məni təhdit etməyə başladı.

Mən layihədə 8 həftə iştirak edirdim. Əgər mən sonuna kimi qalsaydım, onda şübhəsiz qalib gələrdim. Mən hamıdan daha məşhur idim. Bunu hətta Google axtarış sistemi də təsdiq edirdi".

O həmçinin gələcəyə planlardan danışdı: "Mən menecerlərdən biriylə müqavilə imzaladım. Mən hazırda aktyorluq dərsləri alıram. Tezliklə siz məni türk seriallarından birində görəcəksiniz", - deyə Sima əlavə edib. 
 
BAKU.WS