SİZİN REKLAM BURADA!
055 213 76 73


Evdə xəstələrə qulluq edənlər maskalardan istifadə etməli, otağın havası 1-2 saatdan bir dəyişdirilməlidir.

BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, Respublikanın Baş Epidemioloqu İbadulla Ağayev koronavirusa yoluxmamağın yollarını izah edib.

O bildirib ki, evdə oturmaq virusa yoluxmaq riskini azaltsa da tamamilə aradan qaldırmır. Ona görə ev şəraitində olanlar da mütləq şəkildə bəzi qaydalara əməl etməlidir.

Əllər tez-tez yuyulmalı, istifadə edilən məişət əşyaları dezinfeksiya edilməli, ailə üzvləri arasında yaxın təmasdan çəkinilməlidir. Bunlar vətəndaşların evdə şəraitində əməl etməli olduqları tələblərdir.

Özünüz xəstə olmasanız belə, evdə qulluq etdiyiniz xəstə varsa, ailə üzvlərinizin və sizin təhlükəsizliyiniz birbaşa gigiyenik tələblərə əməl etməyizindən asılıdır.

Baş epidemioloq koronavirusla mübarizədən maksimum az zərərlə çıxmaq üçün tələb olunan bütün qaydalara qeyd-şərtsiz əməl olunmalı olduğunu bildirir.

BAKU.WS
VİDEO