SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Palmali Şirkətlər Qrupu”nun prezidenti hakim qarşısına çıxarılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/kriminal/83367

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdən birində olublar.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/83368

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Palmali Şirkətlər Qrupu”nun prezidenti Mübariz Mənsimov və menecer Nuray Nurcihan Peker ötən axşam İstanbul Ədalət Sarayına aparılarkən çəkilən kadrlar yayılıb. 

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/83375

Azərbaycan Respublikasında 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83387

Baş Nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə xüsus rejimdə iş normalarına dair təlimatları imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83388

Martın 18-dən bu məhdudiyyətlər Rusiya ilə sərhəddə yerləşən gömrük-sərhəd keçid məntəqələrində də tətbiq ediləcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/83398

Xalq artisti Rafael Dadaşov son mənzilə yola salınıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/83407

Milli Məclisinin plenar iclasında "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi" haqqında qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib. 

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83408

Nazirlər Kabineti yanında operativ qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bu məqsədlə martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83423

Martın 19-da saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83425

Martın 19-da saat 00.00-dan etibarən Bakı, Sumqayıt və Abşeron istisna olmaqla ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərnişin daşınması dayandırılır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83426

Prezident İlham Əliyev Akif Məlikovu təltif edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/83427

Bakı, Sumqayıt və Abşeron rayonuna nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması ilə əlaqədar DİN Baş DYP (Dövlət Yol Polisi) İdarəsi açıqlama yayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/83432

 Milli Məclisin plenar iclasları dayandırılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83433

BAKU.WS