VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadanın Baş naziri Castin Tryudo xanımı Sofi Qriqoriedə koronavirus aşkar edildikdən sonra karantindən ilk dəfə xalqa müraciət edib.

BAKU.WS xəbər verir ki, Ottavadakı iqamətgahında keçirdiyi mətbuat konfransı zamanı jurnalistlər Baş nazirdən 5 metr məsafədə dayanıblar.

Castin Tryudo çıxışı zamanı bildirib ki, xanımı Sofi Qriqorienin də səhhəti yaxşıdır: "14 günlük karantin zamanı evdən işləyəcəyik. Hazırda virus simptomlarım yoxdur. Özümü çox yaxşı hiss edirəm. Bunu etməliydik. Qonşularımız və ətrafımızdakı insanlar, xüsusən yaşlılar haqqında düşünməliyik. Mən və həyat yoldaşım tibbi personalın dediklərini tam yerinə yetiririk.

Xalqdan beynəlxalq səyahətləri təxirə salmağı xahiş edirəm. Gəmiçilik fəaliyyəti iyul ayının sonuna qədər dayandırılıb. 500-dən çox sərnişini olan heç bir gəminin Kanada limanlarına yaxınlaşmasına icazə verilməyəcək.

Kanada Federal Parlamentinin işi dayandırılıb. Deputatlar fəaliyyətlərini bütün tərəflərin ortaq qərarı ilə aprelin 20-də bərpa edəcəklər. Covid-19 virusunun yayılması ilə əlaqədar qəbul edilmiş qərara əsasən, vəziyyət aprelin 20-də yaxşılaşmasa, müddət uzadılacaq".

BAKU.WS
VİDEO