SİZİN REKLAM BURADA!
055 213 76 73


Nəsimi rayonu, “28 May” küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə avtomobillərin hərəkətinin məhdudlaşdırıldığndan bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirilib ki, 1, 2, 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdirilərək alternativ küçələrdən, yəni Üzeyir Hacıbəyov, Kövkəb Səfərəliyev və Puşkin küçələri ilə təşkil ediləcək.

Söküntü işlərinin martın 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər aparılması nəzərdə tutulur.

BAKU.WS