055 213 76 73
Bakıda "peşəkar" sürücü peyda olub.
BAKU.WS-in məlumatına görə, 4 nömrəli avtobusu idarə edən sürücünün şəkili sosial şəbəkələrdə böyük marağa səbəb olub. Əlində telefonla avtobus idarə edən sürücü fitri istedadını nümayiş etdirib.
Həm Whatsapp-da yazışan, həm səsli mesajlara cavab verən sürücü, bununla yanaşı onlarla insanı mənzil başına çatdırır. Sərnişinlərdən birinin çəkdiyi foto sürücünün məsuliyyətsizliyini açıq-aşkar göstərir.
Şəkil sosial şəbəkələrdə paylaşıldıqdan sonra sürücü istifadəçilərin tənqid atəşinə məruz qalıb.
BAKU.WS