SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, koronavirus xəstəliyinə (COVID-19) dünyanın 70-dən çox ölkəsində 93 min 158 nəfər yoluxub.

BAKU.WS xəbər verir ki, bu günə kimi koronavirusa yoluxmuş 50 mindən çox insan sağalıb.

Dünyanı qorxuya salan virusa yoluxanlar arasında azyaşlılar çox az faiz təşkil edir. Belə ki, 10-19 yaş arası yeniyetmələrin yalnız 1 faizi koronavirusa yoluxub. Koronavirusdan ölənlər əsasən yaşlı, ahıl insanlardır. İmmuniteti güclü olan şəxslər xəstəliyə yoluxmur, yoluxsa da sağalırlar.

Qeyd edək ki, koronavirus əsasən hava-damcı yolu ilə keçir. Bu, insanların daha az məsafədə təmasda olmasından asılıdır. Bir metrdən artıq təmas olarsa, bu zaman yoluxma ehtimalı xeyli aşağı düşür. Virus əşyalar vasitəsilə də keçir.

Məsələn, bir xəstə qələmi istifadə edir və biz də həmin qələmdən istifadə edib əlimizi gözümüzə, burnumuza vursaq, o zaman yoluxa bilərik.

Tövsiyə olunur ki, xəstə insanlarla təmasda olunmasın, ictimai yerlərdə, xüsusilə də avtobus və metrodan istifadə edən şəxslər mütləq əllərini tez-tez sabunla yusunlar. Əgər yumaq imkanı yoxdursa, özü ilə spirt gəzdirsin, bununla əllər yuyulsa, kifayət edər.

BAKU.WS