SİZİN REKLAM BURADA!
055 213 76 73


Yardımlıda ata və oğlu güllələnib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Yardımlı rayonunda baş verib. İlkin məlumata görə, Masallı sakini əmisini və əmisi oğlunu güllələyib.

Yardımlıda güllələnən şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, onlar Masallı rayon sakinləri - Kərimov Şəmsəddin Fəxrəddin oğlu və onun oğlu, Kərimov Niyaməddin Şəmsəddin oğludur.

Hər iki şəxsin aldıqları güllə yarasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Güllələnənlərdən biri "Baron Şəmi" ləqəbi ilə tanınan narkobaron Şəmsəddin Kərimovdur.

BAKU.WS