SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bu ilin may ayında Bakıya yeni metro vaqonları gətiriləcək”.

BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ölkəyə ümumilikdə 20 vaqonun gətirilməsi gözlənir:

"Yeni vaqonların istehsalı eyni zamanda aparılır. Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənir. Digər vaqonlar isə razılaşmaya görə, növbəti iki ildə gətiriləcək".

Xatırladaq ki, ötən il oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb.

Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə hər il 20 vaqon, yaxud 4 qatar olmaqla ümumilikdə 60 qatar və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.

BAKU.WS