VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda dörd uşağını atıb evdən gedən anadan xəbər var.
BAKU.WS xəbər verir ki, Xocəsən qəsəbəsində yaşayan Səmədli Leyla Ceyhun qızı yanvar ayının 21-də evi tərk edib.

Uşaqların atası Ramiz arvadının kirayənişinə qoşulub qaçdığını iddia edir:

"İşdən gəldim, bir az ağrıyırdım. Evdə otaqda uzanmışdım. Məni aldatdı ki, həkim çağırıb, gedirəm. Oğluma pul verib aldadıb ki, get "skoç" al gəl. Uşaq qayıdanda görüb ki, anası paş-paltarını yığıb, kirayənişin Mirzəyev Nazimlə evdən çıxıb".

Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına gələn Ramiz İlahə ilə rəsmi nikaha girmədiklərinin səbəbini izah edərkən məlum olub ki, 8 il əvvəl başqa kişinin arvadını qaçırıbmış:

"Rəsmi nikahımız yoxdur. Qaçırmışam, biz evlənəndə yaşı az idi. 1994-cü il təvəllüdlüdür, indi 26 yaşı var. Ailəsi 5 il bizi dindirməyib. Böyük uşağımızın 8 yaşı var. 25 yaşı tamam olanda şəxsiyyət vəsiqəsini dəyişmək üçün ASAN xidmətə getdik. Orada İlahənin başqası ilə rəsmi nikahda olduğunu öyrəndim. O vaxtadək bilmirdim".

Bundan belə məlum olur ki, Ramizin uşaqlarının anası başqasının rəsmi nikahlı arvadı imiş.


 

Ramiz uşaqların ikisini sığınacağa vermək istəyir. O, uşaqlardan imtina etmir, sadəcə azyaşlı olduqları üçün onları tək qoyub işə gedə bilmədiyi üçün sığınacağa vermək qərarına gəlib.

Onun sözlərinə görə İlahə üçüncü dəfədir evdən qaçır.  

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO