SİZİN REKLAM BURADA!
055 213 76 73


“Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları Ankarada Zekai Tahir Burak xəstəxanasında karantindədirlər”.

BAKU.WS xəbər verir ki, bunu APA-nın yerli bürosuna açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elvin Süleymanlı deyib.

O bildirib ki, səfirlik əməkdaşları hər gün mütəmadi olaraq Türkiyə Səhiyyə Nazirliyi və Zekai Tahir Burak adına xəstəxananın baş həkimi ilə əlaqə saxlayırlar.

“Altı nəfər Azərbaycan vətəndaşının karantin müddəti fevralın 15-də başa çatır. Azərbaycan vətəndaşlarının səhhəti normaldır.

Xəstəxanadan aldığımız məlumata görə, onlar cümə günü yenidən müayinə olunacaqlar və yenidən bəzi analiz nümunələri götürüləcək.

Həkimlərin rəyindən və analiz nəticələrindən asılı olaraq onların cümə və ya şənbə günü xəstəxanadan buraxılması gözlənilir”, - deyə E.Süleymanlı vurğulayıb.

Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb.

Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Çinin Uhan şəhərindən Türkiyəyə təxliyə edilən şəxslərdə koronavirus aşkarlanmayıb.

Təyyarənin ekipaj üzvləri və tibbi heyəti artıq evə buraxılıb.

BAKU.WS