SİZİN REKLAM BURADA!
055 213 76 73


Göygöl rayonunda qonşusunun evindən oğurluq edən şəxslər saxlanılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanvar ayının 13-də Göygöl rayon sakini Məhərrəm Qasımov RPŞ-yə ərizə ilə müraciət edərək yanvar ayında yaşadığı evdən 750 manat nağd pul və 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

İlkin istintaq tədibləri ilə müəyyən edilib ki, cinayəti Məhərrəm Qasımovun qonşuşu, əvvəllər məhkum olunan Həsrət Fərəcov törədib.

Adıçəkilən şəxs istintaqa dəvət edilib və ona qarşı irəli sürülən ittihamı etiraf edib.

İlkin məlumata görə, saxlanılan Həsrət Fərəcov cinayəti törətməmişdən öncə qonşusunu bir müddət izləyib.

Onun hansı saatlarda işə getməsi, evdə kimlərin olmasını dəqiqləşdirib.

Mənzildə heç kim olmadığı zaman isə Həsrət Fərəcov sözügedən cinayəti törədib.

Hazırda faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

BAKU.WS
QALEREYA