SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud prospektində baş verib.

Sürücü Vüsal Məhərrəmov idarə etdiyi "Mercedes" markalı avtomobili maneəyə çırpıb. Nəticədə adıçəkilən şəxs hadisə yerində dünyasını dəyişib.

Daha bir nəfər isə xəsarət alıb.

Qeyd edək ki, dünyasını dəyişən şəxs şənlik evlərinin birində administrator işləyir.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

BAKU.WS