SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Könül Kərimova Xalq artisti Nazpəri Dostəliyeva ilə heç bir problemi olmadığını deyib. 

BAKU.WS xəbər verir ki, Kərimova “Hər şey daxil” verilişində həmkarının onunla soyuq münasibətinin səbəbinin onun üçün bir sirr olduğunu bildirib:

“Aramızda heç bir dava-dalaş olmayıb. Nazpəri xanımla mənim nə az-nə çox, 10 yaş fərqimiz var. Özümdən böyük sənətkarlara heç vaxt hörmətsizlik etməmişəm, etmərəm də. Mən bu yerə çox çətinliklə gəlmişəm. İstər sənət dünyasında, istər həyatda o qədər əziyyətlər görmüşəm, acılar çəkmişəm ki, bu gün bu şeylər mənə çox cılız görünür. Belə şeylər mənim kefimi poza bilməz! Salam verdi, ya vermədi, canı sağ olsun. Mən orada neyləməliydim? Kim mənə necə davranırsa, mən də elə davrandım".

Qeyd edək ki, N.Dostəliyeva “5/5” proqramında hər kəslə görüşsə də, K.Kərimova ilə salamlaşmamışdı.

Aysel
BAKU.WS
VİDEO