SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış aktyor Elməddin Cəfərovun səhhətində problemlər yaranıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ATV-də “7 canlı” axşam şousunda süjet yayımlanıb. Videomaterialda bildirilir ki, aktyor qəfildən özünü pis hiss etdiyi üçün təcili olaraq xəstəxanaya yerləşdirilib.

Canlı efirə telefon zəngi edən E.Cəfərov səhhəti haqqında açıqlama verib:

“Üz sinirim iltihablaşıb. Nəticədə qulağım və üzüm çox pis şəkildə şişib. Ağrılarım var. Həkimə müraciət etmişəm. Ümid edirəm ki, yaxın bir həftə ərzində sağalıb işimin başına qayıdacağam”.

BAKU.WS