VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çindən gələn son görüntülər vəziyyətin çox ciddi hal aldığını göstərir. 

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar insanları dəhşətə gətirir. 

Belə ki, Çin polisi koronavirus daşıyıcısı olduğundan şübhələndiyi şəxslərin mənzilinin qapısını möhürləyir. 

Yayılan kadrlardan göründüyü kimi qapıya qırmızı rəngdə yazı yapışdırılır. O yazıda mənzildəki insanların virusa yoluxduğu xəbərdarlığı qeyd olunub. 

Bununla yanaşı, mənzilin qapısı dəmirlərlə bağlanaraq həmin insanların mənzillərini tərk etməsinin qarşısı alınır. 

Qeyd edək ki, Çində dünyanı dəhşətə gətirən ölümcül koronavirusa yoluxanların sayı durmadan artır.

Virus Çinin bütün əyalətlərinə yayılıb. Beləliklə də, ölkədə "nCoV" virusundan əziyyət çəkənlərin sayı 10 minə, ölənlərin sayı isə 213 nəfərə çatıb.

BAKU.WS
VİDEO