SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər dünyanın bir çox ölkələrində güclü zəlzələlər baş verir.

BAKU.WS xəbər verir ki, ötən gecə də Türkiyə ilə yanaşı Albaniya, Kuba və İraqda yeraltı təkanlar olub.

Kubada baş verən zəlzələ 7,7 bal gücündə olub.

Ölkədə sunami təhlükəsi olduğu bildirilir. Dağıntı və insan tələfatı barədə məlumat verilməyib.

Albaniyanın paytaxtı Tiranada isə 5,5 bal gücündə zəlzələ olub.

Yeraltı təkanların fəsadları barədə informasiya yayılmayıb.

İran-İraq sərhədində də yeraltı təkanlar qeydə alınıb. Burada zəlzələnin gücü 5 bal olub.

Ötən gecə Türkiyənin müxtəlif ərazilərində də yeraltı təkanlar olub.

Muğla və Manisada qeydə alınan yeraltı təkanların gücü 5,4 və 4,6 bal olub. Sonradan isə bir neçə afterşoklar qeydə alınıb.

Zəlzələnin qorxusundan insanlar küçələrdə gecələyiblər.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Elazığda baş verən zəlzələ nəticəsində 41 nəfər ölüb, 2 mindən çox insan yaralanıb.

BAKU.WS
VİDEO