VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Koronavirusun aşkarlandığı Çinin Uhan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyəsi ilə bağlı danışıqlar aparılır”.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

“Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi Çin hökuməti ilə xüsusən Uhan şəhərində olan vətəndaşlarımızın təxliyəsi ilə bağlı danışıqlar aparır. Bu, bizim üçün çox ciddi məsələdir. Bu istiqamətdə Çin hökuməti ilə danışıqlar aparılmaqdadır”.

Xatırladaq ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb. 106 nəfər xəstəlikdən ölüb.

BAKU.WS