VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan əsilli bloger Hüseyn Həsənov maraqlı addım atıb. 

BAKU.WS xəbər verir ki, məşhur bloger yolda gedərkən qəfil maşını saxlayıb və qarşıda dayanan "VAZ 2115" markalı maşını almaq istədiyini bildirib.

Avtomobilin sahibinə 100.000 rubl (2700 AZN) təklif edib. Sürücü isə dərhal razılaşıb və avtomobilini Hüseynə satıb. 

Daha sonra aldığı maşının üstündən PDM-lə (piyadaların döyüş maşını) keçən Hüseyn bu görüntüləri şəxsi Instagram hesabında paylaşıb. 

Hər zaman fərqli addımlar ataraq insanları təəccübləndirən bloger bu dəfə də ənənəsini davam etdirib.

Qeyd edək ki, bloger Karina adlı blogerin çağırışına görə bu addımı atıb.

BAKU.WS
VİDEO