VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azərbaycanın səhiyyə sistemi hər hansı yoluxucu xəstəliklə mübarizə aparmağa tam hazırdır”.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev AZƏRTAC-a Çində yayılan virusla bağlı açıqlama verərkən bildirib.

O bildirib ki, Səhiyyə Nazirliyi Çində aşkarlanan koronavirusla əlaqədar profilaktik tədbirlər hazırlayıb.

“Əgər Azərbaycanda xəstəlik aşkar edilərsə, bununla mübarizə aparmaq üçün bütün dərman preparatlarımız var”, - deyə İbadulla Ağayev bildirib.

Mütəxəssis koronavirusla bağlı əhaliyə müraciət edib:

“İnsanlar özlərini qorumalı, xəstə halda iş yerinə və kütləvi yerlərə getməməli, maskadan istifadə etməlidirlər.

Çinə gedən vətəndaşların səfərlərini təxirə salmaları tövsiyə olunur.

Çindən gələn vətəndaşlarda koronavirus əlamətləri baş verdikdə xüsusi həkim nəzarətində olacaqlar”.

BAKU.WS
VİDEO