SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəzər rayonu Qala qəsəbəsi Xaşaxuna yaşayış massivində it dişləməsi nəticəsində 4 gün əvvəl dünyasını dəyişən 4-cü sinif şagirdi Ömər Poladovun valideynləri həkimləri məsuliyyətsizlikdə ittiham edirlər.

BAKU.WS BAKU.TV-yə istinadla xəbər verir ki, valideynlərin iddiasına görə, Sabunçu rayon 3 saylı şəhər klinik xəstəxanasının həkimləri burada uşağa bir iynə vurmaqla kifayətlənərək daha sonra türkəçarə yolu ilə müalicə məsləhət görüblər. Valideynlər bildirirlər ki, sözügedən xəstəxanada bir iynə vurduqdan sonra məsləhət görülüb ki, it dişləyən yeri sabunla yusunlar.

Məsələ ilə bağlı sözügedən xəstəxananın qəbul şöbəsindən isə bildirdilər ki, valideynlərin ittihamı əsassızdır. Burada vurulan iynədən sonra valideynlərə növbəti müalicə üçün poliklinikaya getmələri bildirilib.

Valideynlər isə məsuliyyətsizlik edib getməyiblər. Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin açıqlamasında da 10 yaşlı uşağın ölümünə səbəb kimi valideyn məsuliyyətsizliyi göstərilir. Qeyd olunur ki, uşağın valideynlərinə dəfələrlə digər iynələrin vurulmalı olduğu izah edilib. Valideynlər isə iki dəfə yaşayış üzrə poliklinikada iynə vurdurmaqla kifayətləniblər.

Yeri gəlmişkən, 10 yaşlı Öməri it dişləyən ərazi isə sahibsiz itlərin məkanına çevrilib. İş o yerə çatıb ki, valideynlər uşaqlarını məktəbə belə göndərmək istəmirlər. Ərazidə yaşayanlar hadisədən sonra qorxu içində yaşayırlar.

BAKU.WS
VİDEO