VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda zəncirvari yol qəzası qeydə alınıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə avtomobil yolunun Gəncə şəhər istiqamətindən çıxacağında - Quşqara ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobil idarə etmədən çıxaraq arxadan "Qazel" markalı yük maşını, daha sonra isə "RAF" markalı sərnişin daşıyan mikroavtobusla toqquşub.

Zərbənin təsirindən "Qazel" markalı yük avtomobili yol kənarındakı dərəyə aşıb. Hadisə zamanı sürücülərin yüngül xəsarət aldığı deyilir.

"Mercedec" və "Qazel" markalı yük avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri dəqiqləşdirilir.

BAKU.WS
QALEREYA