SİZİN REKLAM BURADA!
055 213 76 73


İranın cənubunda yerləşən Fars vilayətinin Xane Zenyan məntəqəsində 5,4 bal gücündə zəlzələ baş verib.

BAKU.WS-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 16:58 dəqiqədə 7 km dərinlikdə qeyd alınıb.

İranın Təcili Yardım Təşkilatı hadisə yerinə iki araşdırma qrupunun ezam olunduğunu bildirib

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində 5 nəfər həlak olmuş, 700-dən çox insan yaralanmışdı.

BAKU.WS