SİZİN REKLAM BURADA!
055 213 76 73


"Tövsiyə edilir ki, məktəbli formalarının qiyməti yüksək olmamalıdır. Bizdə olan məlumata görə, bir çox istehsalçı buna riayət edir".

BAKU.WS xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, istehsalçılar da qiymətlərin aşağı olmasında maraqlıdırlar: "Çünki qiymət uyğun olanda həmin istehsalçının forması daha çox sayda satılır. Ancaq dövlət tərəfindən bu məsələ tənzimlənmir. Bu gün biz mövcud qanunvericiliyimizə nəzər salsaq, məktəbli forması və yaxud məktəblilərlə bağlı hər hansı ləvazimatların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmayıb". 

BAKU.WS
VİDEO