VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan “CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə autizmli uşaqlarla görüşüb.

O, bu barədə sosial şəbəkələrdəki səhifəsində yazıb.

“Bu günlərdə autizmi olan fərqli və istedadlı uşaqlarla görüşdük. Hesab edirəm ki, bu uşaqların hər birinə xüsusi qayğı və diqqət göstərilməlidir.

Valideynlər, ətraf mühit onların inkişafına mane olmamalıdır. Mərkəzdə autizmli uşaqların intellektual inkişafı üçün imkanlar mövcuddur. Onlar bizim gələcəyimizdir. Gələcəyimizi qorumalıyıq!”, - namizəd əlavə edib. Görüşdə namizəd xalq artisti Tünzalə Ağayeva və uşaqlarla birlikdə mahnı oxuyub.

BAKU.WS
QALEREYA