SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini, 1962-ci il təvəllüdlü Əbülfət İslam oğlu Salmanov mübahisə zəminində qardaşı Rövşən Salmanov tərəfindən bıçaqlanıb.

Əl, baş və sinə nahiyəsindən bıçaq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS