055 213 76 73
Tovuz rayonunda yas çadırı yanıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.
Belə ki, dünyasını dəyişən Elxan İsmayılovun 3 mərasimi keçirilib. Gecə isə yas çadırı alışıb.
Hadisə yerinə Tovuz rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub və alovun qarşısı alınıb.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
BAKU.WS
VİDEO
QALEREYA