055 213 76 73
Türkiyədə güclü zəlzələ nəticəsində baş vermiş dağıntılar altından 39 nəfər sağ çıxarılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı xəbər yayıb.
Zəlzələnin episentrində - Elazığda daha 22 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.
Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.
Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.
BAKU.WS