SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən zəlzələ ilə əlaqədar yardım göstərilməsi və texniki problemləri həll etmək üçün Azərbaycan rəsmiləri Türkiyədən olan həmkarları ilə danışıqlar aparırlar.

BAKU.WS xəbər verir ki, bu barədə “report”a Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, məsləhətləşmələr müxtəlif səviyyələrdə, həm Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsilə, həm də birbaşa aparılır.

BAKU.WS