VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik maşını ilə toqquşub.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, yaralıları daşımağa gələn digər təcili yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən maşınlara çırpılıb.

Hadisə yerinə çağırılan digər təcili yarıdm avtomobili isə qarşıdan gələn “Mercedes” markalı minik maşını ilə toqquşub.

Ümumilikdə 5 avtomobilin toqquşduğu qəzada 7 nəfər xəsarət alıb.

Onlardan 6 nəfəri Sumqayıt şəhər Təcili Yardım Stansiyasının həkimləridir.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

BAKU.WS
VİDEO