VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bolqarıstanın hakimiyyət orqanları casusluqda ittiham olunan iki Rusiya diplomatını arzuolunmaz şəxs elan edib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, Rusiyanın bu ölkədəki səfiri Xarici işlər Nazirliyinə çağırılıb və ona bu barədə nota təqdim olunub. Arzuolunmaz şəxs elan edilənlər səfirliyin diplomatı və ticarət nümayəndəliyinin əməkdaşıdır.

Rusiyanın Bolqarıstandakı səfirliyinin məlumatına görə, diplomatların onların statusu ilə bir araya sığmayan fəaliyyəti haqqında heç bir dəlil-sübut təqdim edilməyib.

BAKU.WS