VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində mövcud olan acınacaqlı vəziyyət, fiziki və mənəvi təzyiqlərə məruz qalma səbəbindən tərxis olunaraq xidmətdən getmək istəyən hərbi qulluqçuların sayı son vaxtlar xeyli artıb.

BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, tərxis olunma ilə bağlı müraciət edənlərin çox olması və şəxsi heyətin çatışmazlığı səbəbindən komandanlıq bu addımı atanları müxtəlif bəhanələrlə ehtiyata buraxmaqdan imtina edir, onları zorla hərbi hissədə saxlamağa çalışır.

Sisiyan yaşayış məntəqəsində yerləşən hərbi hissədə müqavilə əsasında xidmət edən Gevorq Balayan da bir neçə hərbi qulluqçu ilə birlikdə ordu sıralarından tərxis olunmaq üçün raportla müraciət edib. Lakin 4-cü ordu komandanlığı bu müraciətləri qulaqardına vuraraq, müqaviləli hərbçiləri ehtiyata buraxmaq istəmir.

Söhbət zamanı G.Balayan sonadək mübarizə apararaq hərbi xidmətdən uzaqlaşacağını bildirib. Oxşar problem digər hərbi hissələrdə də müşahidə edilir.

BAKU.WS