SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

BAKU.WS-in məlumatına görə, bu gün cavab oyunları çərçivəsində son 3 qarşılaşma baş tutub.

"Sivasspor" səfərdə məğlub olsa da, ilk matçdakı böyükhesablı qələbə sayəsində yoluna davam edib. "Dənizlispor" "Trabzonspor"a səfərdəki məğlubiyyətin əvəzini çıxsa da, penaltilər seriyasında rəqibinə yenilib.

"Qalatasaray" isə Rizədə qollu bərabərə qaldığı "Çaykur Rizəspor"a doğma arenasında minimal hesabla qalib gələrək, adını 1/4 finala yazdırıb.

Beləliklə, "Fənərbaxça", "Antalyaspor", "Alanyaspor", "Ərzurumspor" və "Kırklarelispor"dan sonra "Trabzonspor", "Sivasspor" və "Qalatasaray" da 1/4 finala yüksəliblər.


BAKU.WS