VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrənin Sürix şəhərində futbol üzrə FIFA e-klub dünya çempionatının qrup mərhələsinin püşkü atılıb.

BAKU.WS FIFA-ya istinadla xəbər verir ki, turnirin təsnifat mərhələsində 190 komanda mübarizə aparıb. Gərgin keçən yarışlarda 24 komanda qrup mərhələsinə yüksəlib.

Püşkə əsasən, komandalar 4 qrupda yarışacaqlar. Komandalar 1-in 1-ə və 2-nin 2-yə formatında güclərini sınayacaqlar.

Mükafat fondu 100 min ABŞ dolları olan dünya çempionatının final mərhələsinə sentyabrın 7-9-da İtaliyanın Milan şəhəri ev sahibliyi edəcək.

BAKU.WS