VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiyevə uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737" təyyarəsi "Tor-M1" hava hücumundan müdafiə sistemindən açılan iki atəş nəticəsində qəzaya uğrayıb.

BAKU.WS RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, İran Mülki Aviasiya Təşkilatının yaydığı ikinci hesabatda öz əksini tapıb.

Hesabatda qeyd olunur ki, sərnişin təyyarəsinə şimaldan iki raket atılıb.

Raket təyyarəyə dəydikdən sonra "Boeing 737" hündürlüyü itirməyə başlayıb və yerə çırpılıb. Təyyarə ilə əlaqə uçuşdan üç dəqiqə sonra, təxminən 2 min metr yüksəklikdə olarkən itib.

BAKU.WS
VİDEO