SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Şəhər Baş Polis İdarəsi milliyyətcə azərbaycanlı olan, Krasnoyarsk sakini Sevgiya Sübhani İsmayılovanın anası tərəfindən Rusiyadan zorla Bakıya gətirilərək ev dustağı edilməsi xəbərinə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, BŞPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "qafqazinfo"ya verdiyi açıqlamada bildirib ki, 18 yaşlı qız Bakıda yerləşən sığınacaqlardan birinə yerləşdirilib:

"Sevgiya Sübhani İsmayılova Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən müəyyən olunaraq, paytaxtda yerləşən sığınacaqlardan birinə yerləşdirilib.

Zəruri olan bütün hüquqi tədbirlər həyata keçirilib. Sağlamlığı qaydasındadır. Tərəfimizdən araşdırmalarımız davam etdirilir".

Qeyd edək ki, Rusiya mətbuatını yaydığı məlumata görə, ana ilə münaqişə qızın öz cinsi orientasiyasını elan etməsindən və sevgilisi barədə etiraflardan sonra başlayıb.

Qızın anası lezbiyanlığını etiraf edən 18 yaşlı övladını zorla Bakıya gətirərək, sənədlərini, telefonunu və antidepresantları əlindən alıb.

Milliyyətcə azərbaycanlı olan İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb. O, Krasnoyarsk Dövlət Tibbi Universitetində oxuyur.

BAKU.WS