SİZİN REKLAM BURADA!
055 213 76 73


“Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək”.

BAKU.WS xəbər verir ki, bu sözləri secki-2020.az saytına açıqlamasında Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O bildirib ki, islahatlar prosesinə töhfə vermək, yeni ideyalar gətirmək məqsədilə parlamentin buraxılmasına dair qəbul edilən qərar təqdirəlayiqdir:

“Bu, çox stimulverici prosesdir və nümunəvi məqamdır. Beynəlxalq ictimaiyyətin də diqqəti Azərbaycandakı seçkilərə yönələcək. Düşünürəm ki, Azərbaycanda aparılan islahatlar ölkənin hərtərəfli inkişafına yeni təkan verəcək”.

BAKU.WS