SİZİN REKLAM BURADA!
055 213 76 73


Artıq bir neçə gündür Tovuz rayonunun Dondar Quşçu kəndində baş verən acınaçıqlı hadisə bütün ölkə gündəmini zəbt edib. 10 yaşlı Nərminin vəhşicəsinə öldürülməsinə heç kim biganə qalmayıb.

BAKU.WS News24.az-a istinadla xəbər verir ki, bütün Azərbaycanı sarsıdan hadisə mədəniyyət xadimlərini də üzüb. Xalq artisti Mənsum İbrahimov baş verən hadisəni məsuliyyətsizlik kimi qiymətləndirib:

"Düşünürəm ki, burda cəmiyyətin də günahı var. Belə məslələrdə hər kəs səfərbər olmalıdır. Heç kim yaxasını kənara çəkməməlidir. Uşaqlarımızı marifləndirməliyik, həyata hazırlamalıyıq, onlara hər şeyi aydın şəkildə başa salmalıyıq. Biz valideynlər çox vaxtı uşaqlarımıza heç nəyi deməyib susuruq, amma belə olmaz.

Uşaqlarımızı qorumalıyıq, çünki onlar zərifdirlər. Çox təəssüf ki, son zamanlarda uşaqlara qarşı zorakılıq hadisələri çoxalıb. Biz azərbaycanlıyıq. Qədim ənənəmiz, mədəniyyətimiz, böyüyə-kiçiyə hörmətimiz var. Kiçik kənddə belə bir hadisənin baş verməsi dəhşətdir. Təkçə hüquq-mühafizə orqanlarının işə qarışması ilə problem həll olunmur."

Əməkdar artist Elnarə Abdullayeva da bu xəbərdən çox sarsıldığını deyib: "Bu işi törədən cinayətkar ağır cəza almalıdır. Bu, xalqımıza, cəmiyyətimizə yaraşmayan hadisədir. Yazıq valideyn, kənd yeridir, nə bilsin ki, başına belə bir hadisə gələcək? Bu hadisəni eşidəndə çox pis oldum. Ayılın, biz uşaq öldürən xalq deyilik".

BAKU.WS