SİZİN REKLAM BURADA!
055 213 76 73


Portuqaliyalı ulduz Kriştiano Ronaldo komanda yoldaşına dəstək verib. 

BAKU.WS xəbər verir ki, futbolçu türk həmkarı Merih Demiralın zədələnməsindən sonra onunla bağlı paylaşım edib. 

Ronaldo şəxsi Instagram hesabında paylaşdığı fotoya "Tezliklə sağal dostum" deyə qeyd yazıb.

Qeyd edək ki, Merih Demiral ötən gün baş tutan "Roma" - "Yuventus" matçında 3-cü dəqiqədə qol vurub. Futbolçu matçın 15-ci dəqiqəsində zədələnərək oyundan çıxarılıb. 

BAKU.WS