SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın İstintaq Komitəsi Mərkəzi Afrika Respublikasında qətlə yetirilən əslən azərbaycanlı jurnalist Orxan Camal və digər iki həmkarı ilə bağlı rəsmi açıqlama ilə çıxış edib.

BAKU.WS xəbər verir ki, bu barədə İstintaq Komitəsinin rəhbər müavini İqor Krasnov danışıb.

Onun sözlərinə görə, naməlum şəxslər jurnalistləri qarət məqsədi ilə öldürüb. Çünki onların üzərində foto və video avadanlıqlar, eləcə də qiymətli əşyalar olub.

"Hücumun təsbit edilmiş şərtləri göstərir ki, qətl Mərkəzi Afrika Respublikasının sakinləri və ya bu bölgədə sistematik şəkildə ciddi cinayətlər törədən qonşu ölkələr tərəfindən soyğunçuluq məqsədi ilə törədilmişdir",-deyə o, bildirib.

Qeyd edək ki, 28 iyul 2018-ci ildə sənədli filmin çəkilişi üçün rejissor Aleksandr Rastorquev, hərbi müxbir Orxan Camal və operator Kirill Radçenko turist vizasıyla Banqi şəhərinə gediblər. Orada yerli sakinlərdən birini ölkəni gəzmək üçün sürücü olaraq işə götürüblər və özünü BMT əməkdaşı kimi tanıdan “naməlum” şəxs bu vəziyyətdə vasitəçi olub.

"Mərkəzi Afrika Respublikasının Müdafiə Nazirliyinin nümayəndələri junralistlərə Berenqo şəhərində rus hərbi təlimatçıların düşərgəsinə baş çəkməsinə icazə verməyib. Bundan sonra onlar iyulun 30-da axşam saatlarında naməlum şəxslə görüşmək üçün Bambari şəhərinə yola düşüblər",-deyə İqor Krasnov əlavə edib.

Daha sonra naməlum bir qrup jurnalistlərin olduğu maşını dayandırıb. Krasnovun sözlərinə görə, ruslardan əşyaları, foto və video avadanlıqları vermələri tələb olunub: "Jurnlaistlər bundan imtina etdikdən sonra cinayətkarlar Rusiya vətəndaşlarını güllələyiblər. Sürücü qaça bilib”.

BAKU.WS