SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan "Buta Airways" şirkətinə məxsus təyyarə texniki səbəblərdən havaya qalxa bilməyib. "Embraer 190" markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub. 

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski BAKU.WS-ə bildirib ki, sözügedən təyyarənin yenisi ilə əvəz olunması ilə bağlı qərar verilib:

"Artıq həmin təyyarə yenisi ilə əvəz olunub və plan üzrə 10:45-də Ukraynaya yola düşəcək”.

BAKU.WS