SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putinin nümayəndə heyətləri ilə birgə görüşündən sonra brifinq keçiriblər.

Türkiyənin “Hürriyyət” qəzetinin verdiyi xəbərə görə, Mövlud Çavuşoğlu toplantının əhəmiyyətindən bəhs edərək bildirib ki, liderlər təkbətək görüşlərində, həmçinin nümayəndə heyətiylə birgə toplantıda regionda baş verən hadisələri, Türkiyə və Rusiyanın Suriya mövzusunda birgə əməkdaşlığı, ABŞ və İran münasibətlərindəki gərginliyi aradan qaldırmaq üçün atılacaq addımları, eləcə də İraq və Liviya mövzusunu hərtərəfli müzakirə ediblər.

Çavuşoğlu Ərdoğan və Putinin yanvarın 12-si saat 00.00-dan etibarən atəşkəsə əməl olunması ilə bağlı bütün tərəflərə çağırış etdiklərini də xatırladıb.

Sergey Lavrov isə bildirib ki, Türkiyə və Rusiyanın dövlət başçıları bu görüşdə hərtərəfli əməkdaşlığı təqdir ediblər. Rusiyalı nazir Suriya probleminin həlli, atəşkəsin qorunması məsələlərində Astana protokolunun qüvvədə qaldığını vurğulayıb.

Qeyd edək ki, bu gün İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin “Zirvə görüşü” olub. Rusiyanın təbii qazını Türkiyəyə və Türkiyə üzərindən Avropaya nəql edəcək “Türk axını” qaz kəmərinin İstanbulda açılış mərasimindən sonra isə keçirilən ikinci görüşdə hər iki ölkənin Xarici İşlər və Müdafiə nazirləri də iştirak ediblər.

BAKU.WS