SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuzda bədbəxt hadisə baş verib.  

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, tikinti işi aparılan yolda yük maşınının üzərinə nəhəng boru düşüb. 

Tovuzdakı hadisə zamanı 3 nəfər xəsarət alıb. Yaralılar dərhal Tovuz Mərkəzi rayon Xəstəxanasına gətirilib.

Xəsarət alanlar Qax rayon sakini, 1968-ci il təvəllüdlü İslam Rəhimov, Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Röyal Abdullayev və Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Elgiz Əliyevdir.

Hadisə yerindən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO