SİZİN REKLAM BURADA!
055 213 76 73


İran bu gecə ABŞ-ın İraqdakı iki bazasına endirdiyi ballistik raket zərbəsi ilə bağlı yeni məlumat açıqlayıb.

BAKU.WS xəbər verir ki, “Reuters” İran dövlət kanalına istinadən hücumda 80 nəfərin öldüyünü yazıb.

Dövlət kanalındakı xəbər “Amerikalı terrorçular öldürüldü” olaraq təqdim edilib.

Qeyd edək ki, İran rəsmiləri 3 yanvarda ABŞ tərəfindən öldürülən general Qasım Süleymaninin intiqamının alınacağını açıqlamışdı.

Bu gecə endirilən zərbələrdən sonra bildirilib ki, əgər ABŞ yenidən cavab vermək istəsə, İranın vura biləcəyi 100 hədəf indidən müəyyənləşdirilib.

Xatırladaq ki, Süleymaniyə edilən sui-qəsddən sonra İran Parlamenti ABŞ Müdafiə Nazirliyini (Pentaqon) və ordusunu terrorçular siyahısına daxil etmişdi.

Fərid ƏDALƏT
BAKU.WS