SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda market qarət edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə yanvarın 6-da saat 1 radələrində Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinə gələn şəxsin orada gözətçi işləyən paytaxt sakini R.Ağalarovu döyməsi, oradan 7500 manat pul götürüb hadisə yerini tərk etməsi barədə müraciət daxil olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cavanşir Qulamov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS