SİZİN REKLAM BURADA!
055 213 76 73


İran İslam Respublikasının prezidenti Həsən Ruhani İraqda öldürülən general Qasım Süleymaninin ailəsini ziyarət edib.

BAKU.WS xəbər verir ki, İran televiziyalarının canlı yayımladığı ziyarətdə maraqlı anlar yaşanıb.

Süleymaninin qızı gözlənilmədən Ruhaniyə belə bir sual ünvanlayıb: "Atamın intiqamını kim alacaq?"

İran prezidentinin cavabı belə olub: "Hamısının intiqamını alacağıq, heç narahat olmayın!"

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb.

İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

BAKU.WS
VİDEO